Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-10,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük avtomobil daşıyan gəmisi istismara verildi

Dənizçilik sektorunda rekordlar yenilənməyə davam edir: Çinin "Guangzhou Shipyard International" (GSI) tərsanəsi tutumuna görə dünyada analoqu olmayan "Glovis Leader" gəmisini sifarişçiyə təhvil verib.

"Seanews.az" xəbər verir ki, Cənubi Koreyanın "HMM" şirkətinə məxsus olan və "Hyundai Glovis" tərəfindən idarə olunacaq bu nəhəng gəmi eyni vaxtda 10 800 standart avtomobil (CEU) daşımaq imkanına malikdir.

230 metr uzunluğundakı bu nəhəng gəmi təkcə minik maşınları deyil, həm də ağır yük avtomobilləri, elektrikli və hidrogenlə işləyən nəqliyyat vasitələrini daşımaq üçün 14 yük göyərtəsi ilə təchiz edilib.

Gəminin texniki üstünlükləri tutumu ilə bitmir; o həm LNG, həm də şərti yanacaqla işləyə bilən "dual-fuel" mühərriklərə və limanlarda ekoloji təmiz enerji istifadəsinə imkan verən sistemlərə malikdir.

Bu layihə "Hyundai Glovis"in 2030-cu ilə qədər illik daşıma həcmini 5 milyon vahidə çatdırmaq və dünya bazarının 20%-nə nəzarət etmək strategiyasının əsas həlqəsidir.

Hazırda Çin tərsanələri bu tip yüksək texnologiyalı və bahalı gəmilərin inşasında liderliyini qoruyur və hazırda GSI-nin portfelində 40-a yaxın oxşar sifariş mövcuddur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır