Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-10,
Seanews
Heyder Eliyev

Gəmi fəaliyyətini dayandırmadan zədələnmiş gövdəsi bərpa edilib

Belçikanın sualtı təmir üzrə ixtisaslaşmış "Hydrex" şirkəti Rotterdam limanında təchizat gəmisinin gövdəsində təsnifat cəmiyyəti tərəfindən təsdiqlənmiş təmir işləri həyata keçirib.

"Seanews.az" xəbər verir ki, sağ bortundakı saxlama çənində aşkar edilmiş zədə, gəmi limanda lövbər saldığı müddətdə aradan qaldırılıb. Bu müdaxilə sayəsində gəminin planlaşdırılmamış quru doka (təmir zavoduna) daxil olmasına ehtiyac qalmayıb və əlavə vaxt itkisinin qarşısı alınıb.

Təmir prosesi zamanı gəminin gövdəsinə xaricdən kofardam (müvəqqəti sukeçirməyən kamera) quraşdırılaraq zədəli hissə izolyasiya edilib. Daha sonra mütəxəssislər daxili strukturu yoxlayaraq təsnifat cəmiyyətinin nəzarəti altında 200 mm diametrli polad lövhəni qaynaq ediblər.

"Hydrex" nümayəndələri qeyd ediblər ki, bu növ operativ təmir işləri gəmi sahiblərinə həm maliyyə qənaəti etməyə, həm də gəminin kommersiya fəaliyyətini fasiləsiz davam etdirməyə imkan verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır