Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-10,
Seanews
Heyder Eliyev

Antverpen yaxınlığında batmış yük gəmisi sudan çıxarılıb

Antverpen yaxınlığında Şelda çayının mühüm gəmiçilik yolunda batmış 86 metrlik "Sola Gratia" yük gəmisi uğurlu xilasetmə əməliyyatı ilə sudan çıxarılıb.

"Seanews.az" xəbər verir ki, aprelin 17-də qum daşıyan zaman lövbər dirəklərinə çırpılaraq 15 metr dərinliyə batan gəminin qaldırılması "Multraship Salvage" və "Herbosch-Kiere" şirkətləri tərəfindən həyata keçirilib.

Güclü cərəyanlar altında aparılan mürəkkəb əməliyyatın ən çətin hissəsi gəmini sudan qaldırarkən onun ortadan qırılma riski idi. Bunun qarşısını almaq üçün 1600 ton qum əvvəlcə nasoslarla boşaldılıb, sonra isə çəki 3 müxtəlif nöqtədəki polad troslar arasında milimetrik dəqiqliklə paylanıb və balanslaşdırılmış qaldırma prosesi icra edilib.

Bazar günü iki üzən kran və dalğıc qruplarının iştirakı ilə reallaşan əməliyyat nəticəsində gəmi suyun üzərinə çıxarılsa da, gövdəsindəki ciddi zədələr səbəbindən hələlik troslarda saxlanılır. Heyətin xəsarət almadığı hadisə ilə bağlı araşdırmalar və gəminin ərazidən uzaqlaşdırılması işləri davam edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır