Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-10,
Seanews
Heyder Eliyev

Sərt yelkənlərlə təchiz edilmiş ilk LNG tankeri təhvil verilmək üzrədir

Cənubi Koreyanın "Hanwha Ocean" gəmiqayırma zavodu külək mühərriki texnologiyası ilə təchiz edilmiş dünyanın ilk LNG (maye qaz) tankerinin görüntülərini nümayiş etdirib.

"Seanews.az" xəbər verir ki, "Mitsui OSK Lines" (MOL) şirkəti üçün inşa edilən bu gəmiyə iki ədəd "Wind Challenger" sistemi quraşdırılıb. Gəminin cari ilin sonuna qədər təhvil verilməsi və "Chevron" şirkəti tərəfindən uzunmüddətli çarter əsasında istismar edilməsi planlaşdırılır.

MOL şirkətinin son on il ərzində tərəfdaşları ilə birlikdə hazırladığı bu sərt yelkənlər indiyədək əsasən balkerlərdə (tökmə quru yük gəmisi) tətbiq olunub. Şirkətin iddiasına görə, yeni LNG tankerindəki iki yelkən hava və dəniz şəraitindən asılı olaraq hər səfər üzrə 12%-ə qədər yanacaq qənaəti təmin edə bilər.

Bu tip tankerlər üçün külək texnologiyası hər zaman çətin sınaq hesab olunub. Çünki gəmidəki qaz sistemləri, təhlükəsizlik zonaları və hündürlük məhdudiyyətləri yelkənlərin quraşdırılmasını texniki cəhətdən mürəkkəbləşdirirdi. Məhz bu səbəbdən LNG sektoru külək enerjisinə keçiddə digər gəmi növlərindən geri qalırdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır