Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-10,
Seanews
Heyder Eliyev

LNG tankerlərini külək gücü ilə üzdürəcək yeni texnologiya təqdim edilib

LNG sektorunda innovativ həllər istiqamətində növbəti mühüm layihə gerçəkləşir. "Cryosafe Services" və "bound4blue" şirkətləri mayeləşdirilmiş təbii qaz (LNG) daşıyıcılarını külək enerjisi ilə hərəkətə gətirmək üçün strateji tərəfdaşlığa imza atıblar.

"Seanews.az" xəbər verir ki, bu əməkdaşlıq çərçivəsində tətbiq olunacaq "eSAIL" texnologiyası LNG tankerlərinin spesifik strukturuna və terminal təhlükəsizliyinə tam uyğunlaşdırılıb.

Ənənəvi yelkənlərdən yeddi dəfə daha güclü qaldırıcı qüvvə yaradan bu avtonom sovurma sistemləri LNG gəmilərinin yüksək sürət və göyərtə quruluşundan maksimum yararlanaraq yanacaq sərfiyyatını minimuma endirir.

"DNV" tərəfindən təsdiqlənmiş bu texnoloji yenilik həm iqlim hədəflərinə çatmağı asanlaşdırır, həm də gəmi sahiblərinə kommersiya baxımından böyük üstünlüklər vəd edir. Artıq dünya nəhəngləri tərəfindən sınaqdan keçirilən bu sistem LNG daşıyan nəhəng tankerləri daha yaşıl və səmərəli nəqliyyat vasitələrinə çevirməyə hədəflənib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır