Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-10,
Seanews
Heyder Eliyev

Mərmərə dənizində idarəetməni itirən yük gəmisi xilas edilib

Mərmərə dənizində hərəkətdə olan "Hayriye Ana" quru yük gəmisi (balker) maşın şöbəsində yaranan nasazlıq səbəbindən idarəetməni itirib. Türkiyə Sahil Təhlükəsizliyi Baş İdarəsinin çevik müdaxiləsi nəticəsində 118 metr uzunluğundakı gəmi təhlükəsiz şəkildə xilas edilərək Ambarlı reyd məntəqəsinə aparılıb və lövbərə vurulub.

"Seanews.az" xəbər verir ki, Ordu şəhərinin Ünye limanından Fransaya doğru hərəkət edən gəmi İstanbulun Beylikdüzü sahillərində mexaniki nasazlıqla üzləşib. Gəmi kapitanının radiodalğa vasitəsilə qəza siqnalı verməsindən sonra İstanbul Gəmi Hərəkətinin İdarə Edilməsi Xidməti tərəfindən dərhal xilasetmə əməliyyatı başladılıb. Hadisə yerinə "Kurtarma-8" yedək gəmisi və bələdçi kapitan göndərilib. Hərəkətsiz qalan gəmi yedəyə alınaraq lövbər dayanacağına çatdırılıb.

Səlahiyyətlilər Mərmərə dənizindəki intensiv dəniz hərəkətini vurğulayaraq, bu cür operativ müdaxilələrin həm heyətin təhlükəsizliyi, həm də dəniz naviqasiyasında potensial qəzaların qarşısının alınması üçün həyati əhəmiyyət daşıdığını bildiriblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır