Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-10,
Seanews
Heyder Eliyev

Çinin daxili imkanlarla inşa etdiyi ikinci kruiz gəmisi sınaqlara başlayıb

Çinin yerli imkanlarla inşa etdiyi ikinci böyük kruiz gəmisi "Adora Flora City" dəniz sınaqlarına başlayıb. "China State Shipbuilding Corp." (CSSC) tərəfindən inşa edilən 141 900 qrostonluq gəminin inşası qrafiki iki ay qabaqlayaraq 97.8% tamamlanıb və cari ilin 6 noyabrında təhvil verilməsi planlaşdırılır.

"Seanews.az" xəbər verir ki, əvvəlki analoqundan 17,4 metr daha uzun (341 metr) olan yeni gəmi 2 130 kayuta və 5 232 nəfərlik sərnişin tutumuna malikdir. Gəmidə süni intellekt əsaslı minib-düşmə sistemləri, ağıllı robotlar və rəqəmsal idarəetmə kimi smart texnologiyalar tətbiq edilib, avtomatlaşdırma və naviqasiya sistemləri təkmilləşdirilib.

Mayın 15-də başlayan və 12 gün davam edəcək sınaqlarda gəminin hərəkətverici qurğuları, yan sükanları, vibrasiya, sürət və EEDI (Enerji Səmərəliliyi Layihə İndeksi) göstəriciləri yoxlanılır. CSSC-nin artan texnoloji təcrübəsi sayəsində gəmi iki deyil, cəmi bir sınaq mərhələsindən keçəcək. Sınaqlarda 12 ölkədən 937 mühəndis iştirak edir.

"Adora Cruises" tərəfindən idarə olunacaq və konseptində Çin mədəniyyətinə geniş yer verilən gəmi Quançjou limanından Honkonq, Vyetnam, Malayziya və Bruneyə reyslər yerinə yetirəcək. Şirkət gələcəkdə tamamilə yerli dizayn və təchizat zənciri ilə yeni gəmilər inşa edərək beynəlxalq bazarda genişlənməyi hədəfləyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır