Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-10,
Seanews
Heyder Eliyev

"WinGD" ilk etanol mühərriklərinin istehsalı üçün sifariş alıb

İsveçrənin "WinGD" şirkəti Braziliyanın mədən nəhəngi "Vale" tərəfindən 25 illik müddətə icarəyə götürülən iki iritonnajlı yük gəmisi üçün etanolla işləyən mühərriklərin tədarükünə dair müqavilə imzalayıb.

"Seanews.az" xəbər verir ki, "X-DF-M/E" tipli bu mühərriklər dəniz gəmilərində əsasən etanolla işləmək üçün layihələndirilmiş ilk mühərriklər olacaq. Altısilindrli bu mühərriklər Çinin "Beihai Shipbuilding" gəmiqayırma zavodunda "Shandong Shipping Corporation" üçün inşa edilən iki ədəd 325 000 dwt-lik nəhəng filizdaşıyan gəmiyə (VLOC) quraşdırılacaq və gəmilərin 2029-cu ilin əvvəlində təhvil verilməsi gözlənilir. Müqavilənin şərtlərinə görə, gələcəkdə gəmi seriyası artırılarsa, əlavə mühərriklərin də sifarişi mümkündür.

Yeni nəsil mühərriklər yanacaq seçimində misilsiz çeviklik təmin edərək etanol, metanol və ya dəniz qazoylu ilə işləmək qabiliyyətinə malikdir. "WinGD" şirkətinin satış üzrə icraçı direktoru Volkmar Qalke bildirib ki, bu sifariş dənizçilik sektorunda dekarbonizasiya üçün etanolun yanacaq infrastrukturu və gəmi texnologiyası baxımından artıq hazır olduğunun bariz göstəricisidir.

Braziliyada etanol həm bol, həm də ucuzdur. "Vale" şirkətinin hesablamalarına görə, gəmilərdə köhnə zərərli neft yanacağı əvəzinə bu etanoldan istifadə olunsa, təbiətə atılan zərərli qazlar 90% azalacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır