Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-10,
Seanews
Heyder Eliyev

Sinqapur boğazında iki yük gəmisi toqquşub

Sinqapur boğazında iki “Capesize” tipli balker toqquşub. Hadisə lövbər dayanacağından ayrılan quru yük gəmisinin boğazdan keçən digər balkerlə qarşılaşması zamanı qeydə alınıb.

“Seanews.az” xəbər verir ki, 180 min dedveytli “Cape XL” balkeri mayın 19-da Sinqapurun Çangi körfəzi yaxınlığındakı lövbər dayanacağına bunkerləmə üçün daxil olub. Gəmi mayın 20-si səhər saatlarında yenidən hərəkətə başlayaraq cənuba, gəmiçilik marşrutlarına doğru istiqamət alıb.

Həmin vaxt “Huge Kumano” adlı digər “Capesize” balkeri boğazın şərq istiqamətli hərəkət zolağı ilə 9 düyün sürətlə hərəkət edirmiş. Təxminən 6 düyün sürətlə irəliləyən “Cape XL”in burnu “Huge Kumano”nun sol bortunun orta hissəsinə çırpılıb. Toqquşmadan sonra bir-birinə ilişən gəmilər bir müddət axınla şərqə doğru sürüklənib.

Daha sonra gəmilər ayrılıb və yaxınlıqda lövbər salıb. “Huge Kumano”nun hadisədən sonra iki yedək gəmisi tərəfindən müşayiət olunduğu bildirilir.

Hər iki gəminin yüklü vəziyyətdə olduğu, “Cape XL”in boksit, “Huge Kumano”nun isə dəmir filizi daşıdığı qeyd edilir. Hadisə nəticəsində xəsarət alan və ya ətraf mühitin çirklənməsi barədə məlumat verilməyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır