Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-10,
Seanews
Heyder Eliyev

Dünyada ilk dəfə üçtanklı LNG daşıyıcıları inşa olunacaq

Fransanın mühəndislik şirkəti GTT dünyanın ilk iri həcmli üçtanklı LNG daşıyıcılarının tank sisteminin layihələndirilməsi sifarişini alıb. “BW LNG” gəmiçilik şirkəti üçün hazırlanan layihə “HD Korea Shipbuilding & Offshore Engineering” (HD KSOE) tərəfindən həyata keçirilir.

"Seanews.az" xəbər verir ki, yeni konsepsiya üzrə ümumilikdə dörd LNG daşıyıcısı inşa ediləcək. Gəmilərin 2028-ci ilin son rübündən etibarən təhvil verilməsi planlaşdırılır.

177 min kubmetr yük tutumuna malik olacaq gəmilər GTT-nin “Mark III Flex” membran sistemi ilə təchiz ediləcək. Yeni üçtanklı dizayn yükdaşıma səmərəliliyini artırmaq, əməliyyat xərclərini və emissiyaları azaltmaq məqsədi daşıyır.

Şirkətin məlumatına görə, yeni konstruksiya LNG buxarlanma səviyyəsini gündəlik 0,08%-dək azaltmağa imkan verəcək və bu da istilik səmərəliliyini artıracaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır