Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-10,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük LNG ilə işləyən konteyner gəmisi təhvil verilib

“CMA CGM” dünyanın ən böyük LNG ilə işləyən konteyner gəmisini təhvil alıb. Fransa bayrağı altında fəaliyyət göstərəcək “CMA CGM Notre Dame” gəmisi ilk kommersiya səfərinə Çinin Şanxay limanından başlayıb və iyulun əvvəlində Avropa limanlarına çatacaq.

“Seanews.az” xəbər verir ki, 24 212 TEU tutuma malik gəminin uzunluğu 400 metr, eni 62 metrdir. “CMA CGM Notre Dame” Asiya ilə Avropanı birləşdirən strateji “French Asia Line” marşrutunda işləyəcək və Şanxay, Sinqapur, Rotterdam, Hamburq və digər iri limanlara səfərlər həyata keçirəcək.

Şirkət bildirir ki, gəmi LNG mühərriki ilə yanaşı, enerji sərfiyyatını azaltmağa yönəlmiş bir sıra texnologiyalarla təchiz olunub. Buraya aerodinamik sistemlər, ağıllı enerji idarəetməsi və süni intellekt əsaslı marşrut optimallaşdırılması daxildir.

Təxminən 30 nəfərlik heyət tərəfindən idarə olunacaq gəmi 2026–2028-ci illərdə istismara veriləcək 10 yeni nəsil konteyner gəmisindən ibarət seriyanın ilk nümayəndəsidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır