Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-10,
Seanews
Heyder Eliyev

Dərin dəniz tədqiqat gəmisinin inşası üçün rekord məbləğdə — 800 milyon dollarlıq sifariş alındı

Norveçin tanınmış gəmiqayırma şirkəti “Vard” dərin dəniz tədqiqat gəmisinin inşası üçün “Inkfish” ilə təxminən 810 milyon dollarlıq müqavilə imzalayıb. Şirkət bildirib ki, bu, “Vard” tarixində bir gəmi üzrə alınan ən böyük sifariş, həmçinin Norveç tərsanələri üçün bu sahədə rekord müqavilədir.

“Seanews.az” xəbər verir ki, “RV11000” adlı gəmi 162 metr uzunluğunda olacaq və 11 min metr dərinlikdə dəniz dibinin xəritələnməsi, sualtı aparatların idarə olunması, nümunə götürülməsi və ROV əməliyyatları üçün nəzərdə tutulub.

Layihəyə əsasən, gəmi sualtı aparatların buraxılıb-qaldırılması sistemi, xüsusi anqarlar, 15 min metrədək qaldırma imkanına malik avadanlıq və qabaqcıl okeanoqrafik tədqiqat sistemləri ilə təchiz ediləcək.

“Vard” bildirir ki, “RV11000” həm də gəmiçilik sənayesində indiyədək quraşdırılmış ən böyük batareya sisteminə sahib olacaq və 12 saata qədər səssiz rejimdə fəaliyyət göstərə biləcək. Gəmi ən son kibertəhlükəsizlik standartlarına uyğun sertifikatlaşdırılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır