Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-10,
Seanews
Heyder Eliyev

18 il tikintisi yarımçıq qalan konteyner gəmisi nəhayət təhvil verilib

2008-ci il qlobal maliyyə böhranından sonra tikintisi dayandırılan konteyner gəmisi uzun illərdən sonra kommersiya fəaliyyətinə başlayıb. 917 TEU tutumlu “Behram Box” gəmisi təhvil verildikdən sonra “Unifeeder” şirkəti tərəfindən icarəyə götürülüb.  

“Seanews.az” xəbər verir ki, Türkiyənin “UM Shipyard” tərsanəsində inşasına təxminən 20 il əvvəl başlanan gəmi maliyyə böhranı səbəbindən yarımçıq qalmışdı. Gəmi sonradan Gölcükdən Tuzlaya aparılıb və tikintisi burada tamamlanıb. Layihə üzrə ikinci gəmi – “Numan Box”un da yaxın vaxtlarda istismara verilməsi gözlənilir.

Mütəxəssislərin “Türkiyənin xəyal gəmiləri” adlandırdığı bu gəmilər yeni IMO nömrələri alıb və mənşəyi 2000-ci illərin ortalarına getsə də, rəsmi olaraq 2026-cı il istehsalı hesab olunacaq.

“Behram Box” artıq Türkiyə ilə Bolqarıstan arasında yükdaşıma xəttində xidmətə başlayıb. Layihənin tamamlanması regional konteyner daşımalarına tələbatın və gəmi icarəsi bazarındakı fəallığın artdığını göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır