Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-10,
Seanews
Heyder Eliyev

Alternativ yanacaqla işləyən gəmilərə sifarişlər azalır

Beynəlxalq təsnifat cəmiyyəti DNV-nin məlumatına görə, may ayında dünya üzrə alternativ yanacaqla işləyən 36 gəmi sifariş edilib. Bununla da 2026-cı ilin əvvəlindən bu tip gəmilər üçün verilən sifarişlərin sayı 119-a çatıb.

“Seanews.az” xəbər verir ki, may ayında sifarişlərin böyük hissəsini LPG və etan daşıyıcıları təşkil edib. Bundan əlavə, səkkiz LNG yanacağı ilə işləyən gəmi və iki etanol yanacaqlı balker sifariş olunub. LNG bu il də alternativ yanacaq bazarında liderliyini qoruyur və indiyədək sifariş edilən 119 gəminin 60-ı bu yanacaq növü ilə işləyəcək.

Bununla belə, DNV qeyd edir ki, alternativ yanacaqlı gəmilərin ümumi sifarişlərdə payı ötən ilin eyni dövrü ilə müqayisədə xeyli aşağıdır. Şirkətin ekspertləri bunu tənzimləyici qaydalarla bağlı qeyri-müəyyənlik, yanacaq təminatı və uzunmüddətli investisiya riskləri ilə əlaqələndirirlər.

Mütəxəssislərin fikrincə, gəmi sahibləri artıq gələcəkdə hansı yanacağın üstünlük qazanacağını proqnozlaşdırmaqda çətinlik çəkdikləri üçün bir yanacaq növünə üstünlük vermək əvəzinə, müxtəlif alternativlərə uyğunlaşdırıla bilən gəmilərə maraq göstərirlər. Hazırda LNG ən çox seçilən alternativ yanacaq olaraq qalır, metanol, ammonyak və hidrogenlə işləyən gəmilərə sifarişlər isə hələ də məhduddur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır