Pilotsuz suüstü gəmi ilk dəfə hərbi xilasetmə əməliyyatında istifadə olunub
ABŞ Hərbi Dəniz Qüvvələrinin istifadəsində olan və “Saronic” şirkəti tərəfindən hazırlanmış pilotsuz suüstü gəmi (USV) Oman sahillərində qəzaya uğrayan “AH-64 Apache” helikopterinin iki ekipaj üzvünü xilas edib.
“Seanews.az” xəbər verir ki, bu, pilotsuz suüstü gəmi ilə şəxsi heyətin ilk məlum xilasetmə əməliyyatıdır.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, helikopter iyunun 8-də patrul uçuşu zamanı qəzaya uğrayıb. Hər iki pilot təxminən iki saat ərzində sudan çıxarılıb və onların vəziyyətinin sabit olduğu bildirilib.
Xilasetmə əməliyyatında “Saronic” şirkətinin “Corsair” adlı pilotsuz gəmisindən istifadə olunub. Gəmi pilotları sudan götürərək başqa bir nöqtəyə çatdırıb, daha sonra onlar helikopter vasitəsilə təxliyə ediliblər.
Mütəxəssislər bu əməliyyatı pilotsuz dəniz sistemlərinin real fövqəladə hallarda axtarış-xilasetmə və dəniz təhlükəsizliyi missiyalarında istifadəsi baxımından mühüm mərhələ kimi qiymətləndirilər.

