Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-10,
Seanews
Heyder Eliyev

Süni intellekt yeni nəsil CTV-ni daha qənaətcil edib

Dünyanın ilk süni intellekt əsaslı gəmi layihələndirmə platforması olan “NeuralShipper”in yaradıcısı “Compute Maritime” şirkəti Böyük Britaniya hökumətinin maliyyələşdirdiyi GenDSOM layihəsinin nəticələrini açıqlayıb.

“Seanews.az” xəbər verir ki, layihə çərçivəsində dənizdəki külək elektrik stansiyalarına xidmət göstərmək üçün yeni nəsil ekipaj transfer gəmisi (CTV) hazırlanıb. Modelləşdirmə nəticələrinə görə, bu gəmi ənənəvi analoqları ilə müqayisədə ildə 101 671 litr yanacağa və 258,7 ton CO₂ emissiyasına qənaət edir.

24 texnik və 4 ekipaj üzvü daşımaq üçün nəzərdə tutulan 32,5 metrlik katamaran tipli gəminin gövdəsi süni intellekt vasitəsilə optimallaşdırılıb və dizel-elektrik hibrid hərəkət sistemi ilə təchiz edilib. Nəticədə illik yanacaq sərfiyyatı 11,1%, karbon emissiyaları isə 8,9% azalıb.

Layihə çərçivəsində həmçinin 3D çap texnologiyalarından istifadə olunaraq gəmi komponentlərinin istehsalı sınaqdan keçirilib. Layihələndirmə zamanı gəminin gələcəkdə dənizdə quraşdırılacaq sürətli enerji doldurma sistemlərinə qoşulması imkanı da nəzərə alınıb. Mütəxəssislərin hesablamalarına görə, bu yanaşma gəminin 25 illik istismar dövründə emissiyaların təxminən 95% azalmasına imkan verə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır