Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-10,
Seanews
Heyder Eliyev

Ammonyakla işləyən ilk okean gəmisi istismara verilib

Belçikanın qazdaşıma və infrastruktur şirkəti “Exmar” dünyanın ammonyakla işləyən ikiyanacaqlı mühərriklə təchiz edilmiş ilk okean gəmisini təhvil alıb.

“Seanews.az” xəbər verir ki, 46 min kubmetr tutuma malik “Antwerpen” adlı  orta ölçülü qazdaşıyan gəmi Cənubi Koreyanın “HD Hyundai Heavy Industries” gəmiqayırma zavodunda inşa olunub. Gəmi həm ammonyak, həm də LPG daşıya bilir və ammonyakı gəmi yanacağı kimi istifadə etmək imkanına malikdir.

Şirkətin məlumatına görə, aşağı karbonlu ammonyakdan istifadə edildikdə “Antwerpen” ənənəvi gəmilərlə müqayisədə istixana qazı emissiyalarını 90%-ə qədər azalda bilər.

“Exmar” bildirib ki, bu təhvil ammonyak mühərriklərinin artıq konsepsiya mərhələsini geridə qoyaraq kommersiya tətbiqinə keçdiyini göstərir. “Antwerpen” Belçika şəhərlərinin adını daşıyan dörd gəmidən ibarət seriyanın ilk üzvüdür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır