Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-10,
Seanews
Heyder Eliyev

Dünyanın LNG ilə işləyən ən böyük konteyner gəmisinə məşhur ad verildi

“CMA CGM” şirkəti Le Havr limanında donanmasının ən yeni gəmisi olan “CMA CGM NOTRE DAME” üçün advermə mərasimi keçirib.

“Seanews.az” xəbər verir ki, uzunluğu təxminən 400 metr, eni 61 metr olan və 24 min TEU yükdaşıma qabiliyyətinə malik gəmi Fransa bayrağı altında istismar edilən ən böyük konteyner gəmisidir. Eyni zamanda o, dünyada mayeləşdirilmiş təbii qaz (LNG) ilə işləyən ən böyük konteyner gəmisidir.

“CMA CGM NOTRE DAME” şirkətin yeni nəsil, daha böyük və daha səmərəli 10 konteyner gəmisindən ibarət seriyanın ilk nümayəndəsidir. Bu gəmilərin hamısı Fransa bayrağı altında qeydiyyata alınacaq.

Şirkət bildirir ki, LNG ilə işləyən gəmi Asiya–Avropa marşrutlarında yüksək əməliyyat səmərəliliyini qorumaqla yanaşı, dəniz nəqliyyatının enerji keçidini sürətləndirmək strategiyasının tərkib hissəsidir.

“CMA CGM” 2028-ci ilə qədər Fransa bayrağı altında istismar etdiyi gəmilərin sayını 30-dan 40-a çatdırmağı planlaşdırır. Bu məqsədlə şirkət əlavə 135 fransalı dənizçi işə götürəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır