Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-10,
Seanews
Heyder Eliyev

Hörmüz boğazında raketlə vurulan “CMA CGM” gəmisi utilizasiya olunacaq

Fransanın “CMA CGM” şirkətinə məxsus, may ayında Hörmüz boğazında raket hücumuna məruz qalan “San Antonio” konteyner gəmisinin utilizasiya ediləcəyi açıqlanıb.

“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.

Şirkətin İdarə Heyətinin sədri və baş icraçı direktoru Rodolfo Saade bildirib ki, dünyanın ən iri konteyner gəmilərindən biri olan “San Antonio” o qədər ciddi zədələnib ki, onun təmiri iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir.

Məlumata görə, ABŞ–İran müharibəsi zamanı hücuma məruz qalan gəmi bir neçə həftə Hörmüz boğazında çıxılmaz vəziyyətdə qaldıqdan sonra təhlükəsiz əraziyə müşayiət olunub. Hücum zamanı yaralanan ekipaj üzvləri də xilas edilib.

“CMA CGM”in gəmini istismardan çıxarmaq qərarı münaqişələrin gəmiçilik şirkətləri üçün yaratdığı böyük maliyyə itkilərinin növbəti nümunəsi kimi qiymətləndirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır