Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-21,
Seanews
Heyder Eliyev

Köhnə balker Bəndər-Abbas sahillərində ikiyə bölünərək batıb

32 illik "Luni" balker gəmisi İranın Bəndər-Abbas sahillərində ikiyə bölünərək qismən batıb.

“Seanews.az” xəbər verir ki, IMO 9070711 nömrəli, Sent-Kits bayrağı altında üzən 43 min dedveytli gəmi Hörmüz boğazının şimal hissəsində lövbər dayanacağında dayaz suda qalıb. Gəminin orta hissəsi su altına düşsə də, burun və arxa hissələri suyun üzərində qalıb.

Hadisənin səbəbi rəsmi olaraq açıqlanmayıb. İlkin məlumatlara əsasən, gəmi bir neçə gün əvvəl başqa bir ticarət gəmisi ilə toqquşub və gövdəsində yaranan zədələr sonradan böyüyərək gəminin ikiyə bölünməsinə səbəb olub.

1994-cü ildə inşa edilmiş "Luni"də son iki il ərzində liman dövləti nəzarəti yoxlamalarında 50-dən çox çatışmazlıq qeydə alınıb. Türkiyə mətbuatının məlumatına görə, gəmi bu ölkədə fəaliyyət göstərən şirkət tərəfindən idarə olunsa da, onun sahibləri Suriya vətəndaşlarıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır