ABŞ hərbçiləri Karib dənizində gəmiyə hücum edib
ABŞ ordusunun Karib dənizində gəmiyə endirdiyi zərbə nəticəsində dörd nəfər həlak olub.
AZƏRTAC-ın xəbərinə görə, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb. Bildirilib ki, gəmi narkotik marşrutu üzrə hərəkət edirmiş.
Kəşfiyyat məlumatları gəminin narkotik qaçaqmalçılığında iştirakını təsdiqləyib.
“Təsdiqlənmiş kəşfiyyat məlumatları gəminin narkotik qaçaqmalçılığında fəal şəkildə iştirak etdiyini göstərir", - deyə komandanlığın “X” sosial media hesabında vurğulanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

