Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-07,
Seanews
Heyder Eliyev

“Admiral Makarov” buzqıran gəmisində yanğın baş verib

Rusiyanın Sankt-Peterburq şəhərində təmirdə olan sovet dövrünə aid “Admiral Makarov” buzqıran gəmisində yanğın baş verib.

“Seanews.az” xəbər verir ki, yanğının sükan qurğuları bölməsində başladığı və təxminən 80 kvadratmetr sahəyə yayıldığı bildirilir.

Yanğının söndürülməsinə 10 texnika və 52 əməkdaş cəlb olunub. Alovun lokallaşdırılması təxminən iki saat, tam söndürülməsi isə daha iki saat çəkib. Hadisə nəticəsində xəsarət alan olmayıb, gəminin aldığı zərərin həcmi isə açıqlanmayıb.

1975-ci ildə Helsinkidə “Wärtsilä” tərəfindən inşa edilən 135 metrlik buzqıran gəmi təxminən 20 min ton su tutumuna malikdir və 1,5 metrədək qalınlığında buzda hərəkət edə bilir.

“Admiral Makarov”un əsas mühərriklərinin təmirinin 2026-cı ilin sonunadək başa çatdırılması planlaşdırılırdı. Təmir işlərindən sonra gəminin Finlandiya körfəzinin şərq hissəsində naviqasiyaya yardım göstərməsi nəzərdə tutulurdu.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır