Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-21,
Seanews
Heyder Eliyev

İndoneziyada gəmi qəzasında itkin düşən 125 nəfərin axtarışları davam edir

İndoneziya hökuməti ötən həftə Yava dənizində batan “Virgo Transport 8” sərnişin gəmisində itkin düşən 125 nəfərin axtarışını bazar ertəsi də davam etdirəcək. Hadisə nəticəsində ölənlərin sayı 10-a çatıb.

“Seanews.az” xəbər verir ki, Surabayadan Cənubi Kalimantandakı  Banjarmasin şəhərinə 20 saatlıq səfərə çıxan gəmi sentyabrın 13-də əlverişsiz hava şəraitində çevrilib. Gəmidə 30 ekipaj üzvü də daxil olmaqla 243 nəfər olub. İndiyədək 108 nəfər xilas edilib, 10 nəfərin öldüyü təsdiqlənib.

Güclü su axını bazar günü keçirilən əməliyyatı çətinləşdirib. Axtarış-xilasetmə agentliyi bazar ertəsi dalğıcların işini istiqamətləndirmək üçün gəminin içərisinə uzaqdan idarə olunan sualtı aparat göndərəcək.

Axtarış əməliyyatı itkinlərin çoxluğu və gəminin çevrilərək əvvəlki vəziyyətinə gətirilməsinin vaxt aparacağı nəzərə alınaraq daha bir həftə uzadılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır