Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-07,
Seanews
Heyder Eliyev

“Tuğberk İmamoğlu” gəmisinin Mərmərə dənizindəki qalıqları 720 metr dərinlikdə aşkarlanıb

Sentyabrın 2-də Mərmərə dənizində batan “Tuğberk İmamoğlu” gəmisinin qalıqları qəza yerindən 50 metr aralıda, 720 metr dərinlikdə aşkarlanıb.

“Seanews.az” xəbər verir ki, gəminin yeri Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus və axtarış-xilasetmə əməliyyatlarının ilk günündən iştirak edən TCG “Akın” gəmisinin sualtı uzaqdan idarə olunan aparatı (ROV) vasitəsilə müəyyənləşdirilib.

ROV əvvəlcə gəminin üzərindəki “Tuğberk İmamoğlu” adını müəyyən edib və bununla da batmış gəminin yeri dəqiqləşdirilib.

Axtarış zamanı gəminin qalıqlarının görüntüləri də qeydə alınıb və ilk dəfə yayımlanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır