Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-22,
Seanews
Heyder Eliyev

Vyetnam sahillərində quru yük gəmisinə su dolub 

Vyetnamın Dunq Quat limanına daxil olarkən su almağa başlayan “Merchant Mariner” adlı “Capesize” tipli quru yük gəmisinin təhlükəsiz şəkildə boşaldılması üçün plan hazırlanır.

“Seanews.az” xəbər verir ki, 174 min ton Malayziya dəmir filizini daşıyan gəmi sentyabrın 18-də limandan təxminən 15 dəniz mili aralıda üç ballast tankına su dolduğunu bildirib. İlkin ehtimala görə, gəmi bu ərazidə rifə toxunmuş ola bilər. Hadisədən sonra gəmi lövbərə dayanıb və suya daha çox oturub.

Quanq Nqai Dəniz Limanı Administrasiyası gəmi kapitanından və Hoa Phat filiz terminalından gəminin zədələnmiş vəziyyətdə təhlükəsiz boşaldılması ilə bağlı plan hazırlamağı tələb edib.

24 heyət üzvünün hamısı sağ-salamatdır. Yük anbarlarına su daxil olmadığı və çirklənmənin qeydə alınmadığı bildirilir. Son məlumata görə, “Merchant Mariner” Dunq Quatın şimalında lövbərdə gözləyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır