Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-21,
Seanews
Heyder Eliyev

Nazir Uraloğlu: Gəmi 11 dəqiqə ərzində batıb

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bu gün səhər saatlarında meydana gələn gəmi qəzası ilə bağlı açıqlama verib.

AZƏRTAC xəbər verir ki, nazir “Alsu” gəmisinin kapitanının saat 03:15-də başqa gəmi ilə toqquşduqları barədə məlumat ötürdüyünü bildirib.

A.Uraloğlunun sözlərinə görə, saat 03:26-da qəza ilə bağlı təcili yardım çağırışı daxil olub. Hadisədən dərhal sonra axtarış-xilasetmə qrupları əraziyə yönləndirilib. Batan “Tuğberk İmamoğlu” gəmisində hamısı Türkiyə vətəndaşı olan 10 dənizçi var idi.

Gəminin 11 dəqiqə ərzində sürətlə batdığını deyən nazir bildirib ki, toqquşmadan sonra Baş Axtarış-Xilasetmə Mərkəzi tərəfindən “Tuğberk İmamoğlu” gəmisinin heyəti ilə əlaqə yaratmaq üçün cəhd olunub. Lakin nə çağırışlara, nə də mobil telefon zənglərinə cavab verilib.

“Təəssüf ki, indiyədək gəmidə olan şəxslərdən heç birinə sağ çatmaq mümkün olmayıb”, – deyə Uraloğlu bildirib.

Xatırladaq ki, Mərmərə dənizinin İstanbulun Silivri rayonu sahillərinə yaxın ərazisində Türkiyənin vilayətləri arasında hərəkət edən “Alsu” və “Tuğberk İmamoğlu” adlı iki yük gəmisi toqquşub.

İlkin məlumata görə, “Alsu” gəmisində gözlə görünən zədə aşkarlanmayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır