Trans-Sakit okean və Asiya-Avropa marşrutları üzrə tarif fərqi rekord həddə çatıb
Dünyanın əsas Şərq-Qərb konteyner daşımaları üzrə tariflər fərqli istiqamətlərdə dəyişir. Trans-Sakit okean marşrutunda tariflər yüksəldiyi halda, Asiya-Avropa xəttində ucuzlaşma müşahidə olunur.
“Clarksons Research”in məlumatına görə, Şanxay–Şimali Avropa marşrutu üzrə tariflər həftə ərzində 5 faiz azalaraq hər TEU (20 futluq konteyner) üçün 2 425 dollara düşüb. Trans-Sakit okean marşrutunda isə tələbatın davamlı olması tariflərin artmasına səbəb olub. Nəticədə iki marşrut arasındakı fərq indiyədək qeydə alınan ən yüksək səviyyəyə çatıb.
“Xeneta”nın məlumatına əsasən, sentyabrın 17-də Asiya–ABŞ-nin Şərq sahili marşrutu üzrə tarif hər FEU (40 futluq konteyner) üçün 11 259 dollar, Asiya–Şimali Avropa marşrutunda isə 4 103 dollar təşkil edib. Beləliklə, fərq 7 100 dollardan çox olub.
Asiya–Avropa marşrutunda bəzi xidmətlərin yenidən Qırmızı dənizdən keçməsi daşıma gücünü artıraraq tariflərin azalmasına təsir göstərir. Trans-Sakit okean marşrutunda isə yüksək yük tələbatı və daşıyıcıların tutum siyasəti tarifləri dəstəkləyir.
Bu arada, Asiya daxilində konteyner daşımalarında tariflər ardıcıl dördüncü həftə rekord yeniləyib. “Drewry”nin İnasya-Asiya Konteyner İndeksi həftə ərzində 6 faiz artaraq hər FEU üçün 1 402 dollara çatıb.

