Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-19,
Seanews
Heyder Eliyev

Somali sahillərində qəzaya uğrayan yük gəmisinin ekipajı xilas edilib

Somali Hərbi Dəniz Qüvvələri sentyabrın 18-də su alan və sahilə oturan yük gəmisinin 18 nəfərlik ekipajını xilas edib.

“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, “Jacuar” (IMO 9181821) adlı gəmi Sent-Kits və Nevis bayrağı altında üzür və 7007 ton yük daşıyaraq Mozambikdən Misirə gedirmiş. Ekipaj üzvləri Hindistan, Suriya və Misir vətəndaşlarından ibarət olub.

Somalinin Limanlar və Dəniz Nəqliyyatı Nazirliyi hadisənin səbəbini açıqlamayıb. Bəzi KİV gəminin çevrildiyini yazsa da, bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.

Qeyd olunur ki, Somali son illərdə Hərbi Dəniz Qüvvələrinin imkanlarını genişləndirmək və dəniz təhlükəsizliyini gücləndirmək istiqamətində səylərini artırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır