Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-08,
Seanews
Heyder Eliyev

Avtomobil daşıyan gəmiyə ilk dəfə iki qanad yelkən quraşdırılacaq

“Wallenius Marine” şirkəti külək enerjisindən yardımçı hərəkət sistemi texnologiyasının ilk kommersiya tətbiqi çərçivəsində 2027-ci ildə “Way Forward” avtomobil daşıyan gəmisinə iki qanad yelkən quraşdıracaq.

“Seanews.az” xəbər verir ki, layihə şirkətin “Alfa Laval” ilə birgə yaratdığı “Oceanbird” müəssisəsi tərəfindən həyata keçiriləcək.

2024-cü ildə Çində inşa edilən 200 metrlik “Way Forward” 6 500 avtomobil daşımaq qabiliyyətinə malikdir və “Volkswagen Konzernlogistik” şirkətinin çarterində fəaliyyət göstərir.

Gəmi artıq ən yüksək A səviyyəli Karbon İntensivliyi Göstəricisinə (CII) malikdir. Yeni qanad yelkənlərin quraşdırılmasının gəminin enerji səmərəliliyini daha da artıracağı və küləkdən yardımçı hərəkətin real kommersiya istismarında effektivliyi barədə məlumat əldə etməyə imkan verəcəyi gözlənilir.

Bu, “Oceanbird” üçün ilk çoxqanadlı quraşdırma olacaq. Şirkət 2026-cı ilin iyununda “Tirranna” gəmisinə ilk qanad yelkənini quraşdırıb və sistemin nəzərdə tutulduğu kimi işlədiyini açıqlayıb.

Hazırda İsveçin Landskrona şəhərində “Way Forward” üçün nəzərdə tutulan iki qanad yelkənin yığılması davam edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır