Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-21,
Seanews
Heyder Eliyev

Dünyanın LNG ilə işləyən ən böyük konteyner gəmisi ilk bio-LNG bunkerləməsini həyata keçirib

Dünyanın mayeləşdirilmiş təbii qaz (LNG) ilə işləyən ən böyük konteyner gəmisi “CMA CGM Notre Dame” Rotterdam limanında Avropada üzvi kənd təsərrüfatı və ərzaq tullantılarından istehsal olunan bio-LNG ilə ilk bunkerləmə əməliyyatını uğurla başa çatdırıb.

“Seanews.az” xəbər verir ki, Rotterdam limanının məlumatına görə, bio-LNG ənənəvi dəniz yanacaqları ilə müqayisədə istixana qazı emissiyalarını 67 faizədək azaldır. Eyni zamanda bu yanacaq kükürd və azot oksidlərinin, eləcə də bərk hissəcik emissiyalarının azalmasına kömək edir.

24 212 TEU tutumuna malik, 400 metr uzunluğunda olan gəmi Fransa bayrağı altında istismar olunur və şirkətin Asiya–Avropa marşrutunda xidmət göstərəcək.

Bu əməliyyat “CMA CGM”nin karbon emissiyalarının azaldılması istiqamətində həyata keçirdiyi strategiyanın növbəti mərhələsi kimi qiymətləndirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır