Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-21,
Seanews
Heyder Eliyev

Düyü daşıyan yük gəmisi 4 gündür dayazlıqdan çıxarıla bilmir  

Türkiyənin Tekirdağ sahillərində dörd gün əvvəl dayazlığa oturan, San-Tome və Prinsipi bayrağı altında üzən "REGALO" yük gəmisinin xilasetmə əməliyyatı davam edir.

“Seanews.az” xəbər verir ki, 27 500 ton düyü daşıyan gəminin dayazlıqdan çıxarılması Türkiyənin Sahil Təhlükəsizliyi Baş İdarəsinin koordinasiyası ilə həyata keçirilir.

Əməliyyatın ilk mərhələsində "Kurtarma-10" yedək gəmisi cəlb olunub.  Yüksək dartı gücünə malik əlavə yedək gəmilərinin də İstanbuldan hadisə yerinə göndərilməsi planlaşdırılır.

Uzunluğu 169 metr, eni 27 metr olan gəmi Tekirdağdakı Ceyport limanı yaxınlığında dayazlığa oturub. İlkin araşdırmalara görə, hadisə nəticəsində xəsarət alan olmayıb və ətraf mühitin çirklənməsi qeydə alınmayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır