Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-21,
Seanews
Heyder Eliyev

“Philly Shipyard” ABŞ üçün raket izləmə gəmiləri inşa edəcək

ABŞ administrasiyası “Hanwha Philly Shipyard” gəmiqayırma zavodunda iki yeni raket izləmə gəmisinin (Missile Range Instrumentation Vessel – MRIV) tikintisi üçün 2 milyard dollarlıq layihəyə start verib.

“Seanews.az” xəbər verir ki, gəmilər ABŞ-nin 50 ildən çox istismarda olan “Pacific Tracker” və “Pacific Collector” raket izləmə gəmilərini əvəz edəcək. Onlar Sakit okeanda raket sınaqlarının izlənilməsi, məlumatların toplanması və təhlükəsizlik əməliyyatlarının dəstəklənməsi üçün istifadə olunacaq.

Layihə “TOTE Services” şirkətinin rəhbərliyi ilə həyata keçiriləcək. Yeni gəmilər hazırda inşa edilən milli təhlükəsizlik təlim gəmilərinin platforması əsasında hazırlanacaq ki, bu da tikinti xərclərini ən azı 50 faiz azaltmağa imkan verəcək.

İlk raket izləmə gəmisinin 2030-cu ildə istismara verilməsi planlaşdırılır. Layihə Cənubi Koreyanın “Hanwha Systems” və “Hanwha Ocean” şirkətlərinin 2024-cü ilin sonunda “Philly Shipyard”ı satın almasından sonra zavodun əldə etdiyi ilk iri hərbi sifarişlərdən biridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır