Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-21,
Seanews
Heyder Eliyev

"COSCO" "Chengxi" tərsanəsində səkkiz ağırtonnajlı yük gəmisi sifariş edib

"COSCO Shipping" ağırtonnajlı yük donanmasını genişləndirmək məqsədilə "Chengxi Shipyard" tərsanəsində səkkiz çoxməqsədli ağırtonnajlı yük gəmisinin tikintisinə 2,624 milyard yuan (təxminən 387,8 milyon ABŞ dolları) həcmində investisiya yatıracaq.

"Seanews.az" xəbər verir ki, şirkət sifarişi tam mülkiyyətində olan "COSCO Shipping" (Hong Kong) və ya onunla əlaqəli şirkətlər vasitəsilə yerləşdirəcək.

Gəmilərin təhvil verilməsi 2029-cu ilin aprelindən 2030-cu ilin iyun ayınadək mərhələli şəkildə həyata keçiriləcək.

60 min dedveyt yükgötürmə qabiliyyətinə malik gəmilər dəniz külək enerjisi sektorunda artan tələbatı, eləcə də Çində istehsal olunan sənaye avadanlıqlarının ixrac həcminin yüksəlməsini qarşılamaq məqsədilə inşa olunur.

"COSCO Shipping Specialised Carriers" bildirib ki, yeni gəmilər şirkətin külək turbinləri və layihə yüklərinin daşınması bazarındakı mövqeyini daha da gücləndirəcək.

Bu sifariş şirkətin daha əvvəl eyni tərsanədə ümumi dəyəri təxminən 213 milyon ABŞ dolları olan dörd 40 min dedveytlik çoxməqsədli ağırtonnajlı yük gəmisinin tikintisi ilə bağlı verdiyi sifarişdən sonra həyata keçirilir. Həmin gəmilərin 2028-ci ilin iyunundan 2029-cu ilin fevralınadək təhvil verilməsi planlaşdırılır.

Bundan əlavə, "COSCO Shipping Specialised Carriers" ötən il eyni tərsanədə inşa ediləcək altı 60 min dedveytlik ağırtonnajlı yük gəmisi üzrə 310 milyon ABŞ dolları dəyərində lizinq müqaviləsi də imzalayıb.

Şirkət həmin gəmiləri "Bank of Communications Financial Leasing" şirkətindən təxminən 16 il müddətinə bareboat çarteri (yalnız gəminin icarəsi) əsasında istismar edəcək.

Hazırda "COSCO Shipping Specialised Carriers"in donanmasına 150-dən çox gəmi, o cümlədən 60-dan artıq çoxməqsədli (MPP) və ağırtonnajlı yük gəmisi daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır