Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-21,
Seanews
Heyder Eliyev

"W Marine" "Ultramax" tipli gəmi sifarişlərini artırır

Yunanıstanın gəmi sahibi "W Marine" Çində üç ədəd 64 500 DWT yükqaldırma qabiliyyətinə malik "Ultramax" tipli quru yük gəmisinin tikintisi üçün sifariş verərək yeni gəmiqayırma proqramını genişləndirib.

"Seanews.az" xəbər verir ki, şirkətin "Jiangsu Dajin Heavy Industry" tərsanəsində DJHC6601, DJHC6602 və DJHC6603 gövdə nömrəli gəmiləri sifariş etdiyi bildirilir. Gəmilərin müvafiq olaraq 2028-ci ilin may, avqust və noyabr aylarında təhvil verilməsi planlaşdırılır.

Sifarişin maliyyə dəyəri açıqlanmayıb.

Bu sifarişlə "W Marine"nin yeni tikilən gəmilər üzrə portfeli beş gəmiyə çatıb. Şirkət bundan əlavə, 2028-ci ildə təhvil verilməsi nəzərdə tutulan 1 800 TEU tutumlu iki fider konteyner gəmisini də "Huanghai Shipbuilding" tərsanəsində inşa etdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır