Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-21,
Seanews
Heyder Eliyev

Gürcüstan Türkiyə gəmisini cərimələyib

Türkiyə bayrağı altında üzən gəmi Gürcüstanın Poti limanı yaxınlığında ərazi sularını çirkləndirdiyi üçün cərimələnib. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. 

Məlumata görə, gəminin Gürcüstanın ərazi sularını çirkləndirdiyini müəyyənləşdirilib və Poti Şəhər Məhkəməsinin qərarı ilə gəmi 70 306 lari məbləğində cərimələnib.

Gəminin Gürcüstanın ərazi sularını tərk etməsinə cəriməni ödədikdən sonra icazə veriləcəyi bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır