Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Konteynerdaşıyan gəmilər dünya limanlarında növbə gözləyir

Göyərtəsində 2.4 milyon TEU konteyner olan 376 gəmi limanlara yan almaq üçün növbələrdə vaxt itirir.

“Seanews.az” xəbər verir ki, növbə gözləyən konteynerdaşıyan gəmilərin əksəriyyəti Çin və ABŞ sahillərində yerləşir. Çindəki böyük limanların terminallarında işin bir müddət dayandırılması limanlarda sıxlığı daha da artırıb.

Məsələn, Ninbo-Çjouşan  limanındakı Meyşan terminalı “COVİD-19”-a görə, keçən ay iki həftəlik karantinə bağlanmışdı. İyun ayında isə koronavirusun yayılması Jenşendəki Yantyan konteyner terminalının işini təxminən bir ay iflic etdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır