Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

Ventspils - Nyuneshamn dəniz marşrutunda “E-Flexer” tipli yeni bərələr üzəcək

İsveçin  “Stena Line” şirkəti 2022-ci ildə Ventspils - Nyuneshamn marşrutuna “E-Flexer” tipli iki yeni bərə yönəldəcək.

“Seanews.az”-ın məlumatına görə, hazırda Çinin Veyxae şəhərindəki “CMI Jinling” gəmiqayırma zavodunda tikilən 240 metr uzunluğunda bərələr 263 kayutda 1200 sərnişin daşıya biləcək.  “Stena Line”-ın  donanmasını tamamlayacaq yeni gəmilər sərnişin salonlarının  tutumunu 33% və yük tutumunu mövcud gəmilərdən təxminən 25%  artıracaq.

İki yeni bərə “Stena Line” şirkətinə təxminən 200 milyon avroya başa gələcək.

Qeyd edək ki, son bir ildə “Stena Line”, Baltik dənizində fəaliyyətini genişləndirib. Bu il artıq hər iki Latviya marşrutu üzrə: Ventspils - Nyuneshamn və Liepaja - Travemyunde xətlərində yeni və böyük “Stena Line” bərələri səfərlər edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır