Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

kənlər gəmilərə qayıda bi

Seanews.az xəbər verir ki, böyük ticarət gəmilərində yanacaq sərfini aşağı salmaq məqsədi ilə Tokio universitetinin bir qrup alimi Wind Cahallenger layihəsini hazırlayıb. Nəhəng özüaçılan yelkənlərdən istifadə etməklə yanacağa ildə 30 faiz qənaət etmək mümkündür. Küləyin sürətini xüsusi bort kompyuter müəyyən edir və sürət yelkən üçün kifayət qədər güclüdürsə, mexanizm avtomatik olaraq işə düşür. Gəmidə yelkənlər açılır və gəmi həmin sürətlə hərəkətini davam etdirir. Hər yelkən beş yarusdan ibarətdir  və küləyin sürətinə görə istiqamətini dəyişə bilir. Alimlər müəyyən ediblər ki, yelkənlər hətta yan külək zamanı gəmiyə hərəkət verə biləcəklər. Wind Cahallenger layihəsi gəmilərdə tətbiq edilərsə bu, gəmiçilik sahəsində inqilab olar  və dəniz ticarətini keyfiyyətcə yeni səviyyəyə qaldırar. Yelkənli gəminin tikintisi üçün 2.5 milyon dollar tələb olunur. Nəzərə alsaq ki, yeni texnologiya vasitəsi ilə yanacaq sərfiyyatı xeyli aşağı düşəcək, onda bu təklif kifayət qədər sərfəli hesab olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır