Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-09,
Seanews
Heyder Eliyev

miçilik xarici sularda fəaliyyətini genişlənd

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin xarici sularda daha bir gəmi istismara verib. Belə ki, bugündən “Qafur Məmmədov” quru yük gəmisi Xəzərdən kənarda yükdaşımalara cəlb olunub.Bununla da Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 12-ə çatdırılıb. Onlardan 11-i quru yük gəmisi, biri  isə tankerdir. “Qafur Məmmədov” gəmisi bu gün səhər saatlarında yükləmə əməliyyatı üçün Rusiya Federasiyasının Taqanroq limanına yan alıb. Buradan isə yüklə  Türkiyənin İzmir limanına səfərə çıxacaq. Azov, Qara və Aralıq dənizləri hövzələrində üzəcək quru yük gəmisinin istismarına nəzarəti, eyni zamanda texniki xidməti  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Türkiyədəki “Caspdry” şirkəti həyata keçirəcək. Dedveyti 5500 ton, uzunluğu 108,3, eni 16,5, saya oturumu 4,79 metr olan “Qafur Məmmədov” gəmisi Gəmiçiliyin xaricdə  quru yük daşımaları bazarındakı mövqeyini daha da möhkəmləndirəcək. Xatırladaq ki, Gəmiçiliyin xarici sulardakı fəaliyyəti uzun fasilədən sonra 2014-cü ildə prezident İlham Əliyevin tapşırığına əsasən  “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa edilib. Bu isə sözsüz ki, ölkəmizə xarici valyutanın gətirilməsində, eyni zamanda gəmiçiliyin inkişafında mühüm əhəmiyyət kəsb edir. Bununla da Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 12-ə çatdırılıb. Onlardan 11-i quru yük gəmisi, biri  isə tankerdir. “Qafur Məmmədov” gəmisi bu gün səhər saatlarında yükləmə əməliyyatı üçün Rusiya Federasiyasının Taqanroq limanına yan alıb. Buradan isə yüklə  Türkiyənin İzmir limanına səfərə çıxacaq. Azov, Qara və Aralıq dənizləri hövzələrində üzəcək quru yük gəmisinin istismarına nəzarəti, eyni zamanda texniki xidməti  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Türkiyədəki “Caspdry” şirkəti həyata keçirəcək.   Dedveyti 5500 ton, uzunluğu 108,3, eni 16,5, saya oturumu 4,79 metr olan “Qafur Məmmədov” gəmisi Gəmiçiliyin xaricdə  quru yük daşımaları bazarındakı mövqeyini daha da möhkəmləndirəcək. “Qafur Məmmədov” gəmisinin xarici sularda istismarı isə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin  xarici sularda üzən gəmilərin sayınının, onların üzmə coğrafiyasının artırılmasında marağından xəbər verir. Xatırladaq ki, Gəmiçiliyin xarici sulardakı fəaliyyəti uzun fasilədən sonra 2014-cü ildə prezident İlham Əliyevin tapşırığına əsasən  “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa edilib. Bu isə sözsüz ki, ölkəmizə xarici valyutanın gətirilməsində, eyni zamanda gəmiçiliyin inkişafında mühüm əhəmiyyət kəsb edir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır