Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

İstanbulda bərə körpüyə çırpılıb

İstanbulda “SH-Durusu” bərəsinin Karaköy körpüsünə çırpılması nəticəsində azı 7 nəfər xəsarət alıb. Qəza gəmi körpüyə yan alarkən baş verib.

“Seanews.az” xəbər verir ki, bu barədə Türkiyənin “A Haber” telekanalı məlumat yayıb.

“SH-Durusu” gəmisi İstanbul bələdiyyəsinə məxsusdur və iki körpü arasında sərnişin daşıyır. Qəza yanalma zamanı bərənin sükanının tıxanması səbəbindən baş verib.

Zərərçəkənlərə tibbi yardım göstərmək üçün hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşınları gəlib.

Qeyd edək ki, Karaköy körpüsü Boğaziçi ilə Haliçin kəsişməsində yerləşir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır