Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

miçilik xarici sularda fəaliyyətini genişlənd

19 dekabr 2017-ci il tarixindən  “Gəncə” tankeri xarici sularda maye  yükdaşımalarına cəlb olunub. Bununla da Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 13-ə çatdırılıb. Onlardan 11-i quru yük gəmisi, ikisi  isə tankerdir. “Gəncə” tankeri  ilk  yükləmə əməliyyatını Rusiya Federasiyasının Tuapse limanında həyata keçirəcək. Azov, Qara və Aralıq dənizləri hövzələrində üzəcək tankerin  istismarına nəzarəti və texniki xidməti  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Türkiyədəki “Casptankers” şirkəti yerinə yetirəcək. Dedveyti 7,017 ton, uzunluğu 140.85, eni 16.86  metr olan bu tanker “Volqa-Don-Maks” tipli, yəni, dayaz sularda üzməklə maksimum yükgötürmə qabiliyyətinə malikdir. “Gəncə” gəmisi Gəmiçiliyin xaricdə  maye yük daşımaları bazarındakı mövqeyini daha da möhkəmləndirəcək. Həmçinin artması proqnozlaşdırılan maye yüklərin daşınmasını təmin etmək üçün “Gəncə” tipli tankerlərin böyük iqtisadi əhəmiyyəti var.  Qeyd edək ki, tanker istismara ötən il Prezident İlham Əliyevin də iştirak etdiyi mərasimdə verilib. Xatırladaq ki, Gəmiçiliyin xarici sulardakı fəaliyyəti uzun fasilədən sonra 2014-cü ildə Prezident İlham Əliyevin tapşırığına əsasən  “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa edilib.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır