Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

Cənubi Koreyada Norveç üçün inşa olunmuş LNG ilə işləyən iki tanker istismara verilib

Cənubi Koreyanın “Daewoo Shipbuilding and Marine Engineering” (“DSME”) gəmiqayırma zavodu Norveçin “Knutsen” şirkəti ilə iki il əvvəl imzalanmış müqavilə əsasında inşa olunmuş LNG ilə işləyən iki tanker istismara verib.

“Seanews.az”ın məlumatına görə, hər birinin tutumu 870 000 barel olan gəmilər dinamik yerləşdirmə və “VOC” bərpa sistemləri ilə təchiz olunub. Yeni tankerlər Şimal və Barents dənizlərindəki yataqlardan xam neftin daşınmasına cəlb olunacaq.

“DSME”-də xüsusi ilə vurğulayıblar ki, belə tankerin tikintisi böyük tutumlu neft tankerindən 1,5 dəfə baha olmaqla yanaşı, həm də çətin başa gəlir. Buna baxmayaraq “DSME” gəmiləri vaxtında təhvil verə bilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır