İnsansız sualtı gəmi inşa ediləcək
ABŞ Dəniz Hərbi Dəniz Qüvvələri üçün orta ölçülü insansız sualtı gəmi inşa ediləcək.
Bu məqsədlə “Leidos” şirkəti ilə müqavilə imzalanıb. Layihənin dəyəri təxminən 358 milyon dollardır.
İnsansız sualtı platformalar okeanoqrafik zondlama və məlumatların toplanması yolu ilə ABŞ Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat hazırlığını dəstəkləyəcək.
Gəmidən həm də minatəmizləmə əməliyyatlarında istifadə etmək mümkün olacaq.
Sualtı gəmi Linvud şəhərində yerləşən “Leidos” müəssisəsində inşa ediləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır