Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Çindən birbaşa gələn ikinci gəmi Sankt-Peterburqa yan alıb

Sankt-Peterburqdakı Birinci Konteyner Terminalı Çindən birbaşa yeni müntəzəm konteyner xidmətinin ikinci gəmisini qəbul edib.

“Seanews.az”-in məlumatına görə, 718 TEU-luq “Monchegorsk” gücləndirilmiş buzqıran sinifli gəmi Şimal dəniz yolu ilə Sankt-Peterburqa geniş çeşiddə yüklər - kimyəvi maddələr, maşın və avadanlıqlar, istehlak malları olan konteynerlər çatdırıb.

Xatırladaq ki, Çinin Sindao, Lyanyunqan, Taysan, Nanşa limanları və Şimal-qərbdəki “Global Ports” konteyner terminalları arasında müntəzəm birbaşa xidmət noyabr ayında açılıb.

Xidmət operatoru “Transmasters” ekspeditor şirkətidir. Xidmətin aylıq tezliyi ilə fəaliyyət göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır