Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-22,
Seanews
Heyder Eliyev

Hörmüzdə tanker daşımalarında yeni üsul

Yaxın Şərqdə davam edən münaqişə fonunda neft istehsalçıları ixracı davam etdirmək üçün yeni daşınma üsulundan istifadə etməyə başlayıblar. Hörmüz boğazının cənubunda, Oman sahillərindən bir neçə mil aralıda tankerlər arasında gəmidən-gəmiyə (STS) yükləmə əməliyyatları həyata keçirilir.

“Seanews.az” xəbər verir ki, bu sxemə əsasən, neftlə yüklənmiş tanker Oman körfəzinə doğru hərəkət edir və burada yükünü daha iri tankerə ötürür. Sonra iri tanker nefti Asiyadakı təyinat limanlarına çatdırır, digər tanker isə yeni yük götürmək üçün Fars körfəzinə qayıdır.

“Kpler”in məlumatına görə, sentyabr ayında Hörmüz boğazından gündəlik təxminən 6,5 milyon barel neft ixrac edilib. Bu, iyunda elan olunan qısamüddətli atəşkəsdən sonra qeydə alınan ən yüksək göstəricidir.

Əvvəllər nadir hallarda istifadə olunan STS əməliyyatları hazırda geniş yayılıb. "Kpler" sentyabr ayında yalnız Oman körfəzində bu üsulla gündəlik təxminən 2,5 milyon barel neft yüklənəcəyini proqnozlaşdırır. Bu həcm Hörmüz boğazından daşınan neftin təxminən 40 faizinə bərabərdir.

Bu üsul neft ixracının tam dayanmasının qarşısını alsa da, daşımaların maya dəyərini əhəmiyyətli dərəcədə artırıb. LSEG məlumatlarına əsasən, Fars körfəzi–Çin marşrutunda VLCC tankerləri üçün fraxt dərəcələri bir barel üçün 30 dollardan yuxarı qalxaraq rekord səviyyəyə çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır