Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-18,
Seanews
Heyder Eliyev

Konteyner daşımalarında pik mövsüm davam edir, limanlarda sıxlıq artır

“DHL Global Forwarding”in hesabatına görə, Asiyadan ixrac tələbinin yüksək qalması və Çindəki limanlarda əlverişsiz hava şəraiti konteyner daşımaları bazarında sıxlığı artırıb. Şirkət Asiya–Amerika marşrutunda pik mövsümün hələ bitmədiyini, limanlardakı sıxlığın isə yeni yüksək həddə çatdığını bildirir.

“Seanews.az” xəbər verir ki, hazırda limanlarda təxminən 3,9 milyon TEU konteyner gözləyir.

Çində iyul və avqust aylarında baş verən tayfunlar bir sıra əsas limanların bir neçə gün fəaliyyətini dayandırmasına səbəb olub. İyulda Şanxaya daxil olan gəmilərin yalnız 21 faizi qrafikə uyğun çatıb.

Hesabata əsasən, daşıyıcıların Süveyş kanalına qayıdışı da tədricən başlayıb. Hazırda Şərq–Qərb istiqamətində əsas reyslərin 18 faizində Süveyş marşrutunun yenidən istifadəsi nəzərdə tutulur. Bununla belə, marşrutların tam normallaşmasının 6–12 ay çəkə biləcəyi bildirilir.

“DHL Global Forwarding” qeyd edir ki, yeni konteyner gəmilərinin sayının artması yaxın perspektivdə fraxt tariflərinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarmaya bilər. Buna limanlardakı sıxlıq, ticarət marşrutları üzrə tələbin fərqlənməsi, hava şəraiti və geosiyasi risklərin təsir göstərdiyi vurğulanır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır