Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-15,
Seanews
Heyder Eliyev

Neft tankerlərinin tarifləri rekord həddə çatıb

Neft tankerinin marşrut üzrə icarə haqqı ilk dəfə sutkada 1 milyon dolları ötüb. Buna səbəb İran müharibəsi fonunda Hörmüz boğazından keçərək yük götürməyə hazır olan tankerlərin sayının kəskin azalmasıdır.

“Seanews.az” xəbər verir ki, London Baltik Birjasının məlumatına görə, bazar ertəsi Fars körfəzindən Çinə neft daşıyan tankerlərin sutkalıq icarə tarifi 1,035 milyon dollara çatıb. Hörmüz boğazından keçməyən və Oman körfəzindən Çinə neft daşıyan tankerlərin tarifi isə təxminən 644 min dollar təşkil edib.

Tariflərin yüksəlməsinə həmçinin neft emalı marjalarının kəskin artması, Hörmüzdən yükdaşıyan gəmilərin səfərlərinin uzanması və donanma tutumunun azalması təsir göstərir.

Yəməndə husilərin Səudiyyə Ərəbistanının neft daşımalarına yaratdığı problemlər isə bəzi tankerləri Afrikanın ətrafından keçən və 30 günədək daha uzun davam edən marşrutlardan istifadə etməyə məcbur edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır