Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Yeni xəttə 925 TEU tutumlu “Contship Joy” konteyner gəmisi xidmət göstərəcək

“ZIM” şirkətinin  bir konteyner gəmisi Gürcüstanın Poti limanındakı konteyner terminalına yan alıb.

Gəmi Türkiyə ilə Gürcüstan arasında yeni “Poti Turkiye Feeder” (“PTF”) fider xətti üzrə ilk səfərini edib.

Bu barədə “APM Terminals” operatorunun mətbuat xidməti məlumat yayıb.

PTF fider xəttinə Potidən Türkiyə limanlarına hər 12-14 gündən bir səfərlər həyata keçirəcək 925 TEU tutumlu “Contship Joy “konteyner gəmisi xidmət göstərəcək.

1945-ci ildə əsası qoyulmuş “ZIM Integrated Shipping Ltd.” ən böyük layner daşıma şirkətlərindən biridir. İsrailin konteyner daşıyıcısı ümumi həcmi 547 min TEU olan müxtəlif növ konteynerlər parkına və xüsusi konteynerlərə malikdir. “ZIM”-in 80-ə yaxın gəmidən ibarət donanmasının ümumi yük tutumu 344,46 min TEU təşkil edir. Şirkətin gəmiləri 180 limana və 10 yükaşırma məntəqəsinə yan alır.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır