Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Çin və İran limanları arasında birbaşa gəmiçilik xətti yaradılıb

Çindən gələn ilk konteyner gəmisi İranın ən mühüm Çabahar limanına yan alaraq Çin və İranın bu cənub-şərq limanı arasında ilk birbaşa gəmiçilik xəttinin yaradılmasını qeyd edib.

“IRNA”-nın verdiyi məlumata görə, bunu Çabahar Azad Zona Təşkilatının icraçı direktoru Əmir Moqaddam deyib.

Moqaddam bildirib ki, Çin gəmiləri daha əvvəl Çabahar limanının yerləşdiyi cənubdakı Hormozqan əyalətinin mərkəzi Bəndər Abbas liman şəhərində boşaldılıb. Daha sonra yük kiçik gəmilərlə Çabahara daşınıb.

Bu limanlar arasında sahil xətti boyunca məsafə təxminən 550 km-dir.

Çin və Çabahar arasında birbaşa daşıma xətti yükü 10 günə çatdırmağa imkan verir və yükləmə-boşaltma xərcləri bir konteynerə görə 400 dollar azalır. Qeyd edilib ki, bu gəmiçilik xəttinin yaradılması Çabahar limanı vasitəsilə tranzitin inkişafında mühüm rol oynayır.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır