Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Dörd quru yük gəmisi Ukrayna ərzaqlarını Britaniya, Türkiyə, Misir və Şri-Lankaya çatdıracaq

Buğda, qarğıdalı, noxud və günəbaxan tumları daşıyan 4 quru yük gəmisi Ukrayna limanlarını tərk edib.

Trend-in məlumatına görə, bu barədə Birgə Koordinasiya Mərkəzindən bildiriblər.

"Yanvarın 8-də dörd gəmi Ukrayna limanlarını tərk etdi, onlar Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində ümumilikdə 100,9 min ton taxıl və digər ərzaq daşıyırlar", - deyə qeyd olunub.

“Leo I” gəmisi Şri-Lankaya 49,5 min ton buğda, “True Harmony” gəmisi Misirə 25,9 min ton qarğıdalı çatdıracaq. "MKK 1" quru yük gəmisi Türkiyəyə 13 min ton noxud, "Bomustafa O" quru yük gəmisi Böyük Britaniyaya 12,5 min ton günəbaxan toxumu daşıyacaq.

Bazar günü humanitar dəhlizdən keçən Ukrayna limanlarına iki quru yük gəmisi də gedir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır